651902facc67c202310232618
Yataqda qadınları başdan çıxaran "nöqtə"

Qadınların intim hisləri ilə bağlı yeni araşdırma aparılıb.

Milli.Az nypost-a istinadla bildirir ki, alimlər illərdir varlığı ilə bağlı şübhə duyulan G nöqtəsinin mövcudluğu ilə bağlı sübut əldə ediblər.

Araşdırmanın nəticələri "European Journal of Obstetrics & Gynecology and Reproductive Biology"da dərc edilib.

Araşdırmada 89 qadın iştirak edib. Belə ki, onların cinsiyyət orqanının  ön divarındakı həssas hissə əməliyyatla çıxarılıb. Uzun müddət sonra həmin qadınlar intim münasibətlə bağlı düşüncələrini bölüşüblər. Onlar bildiriblər ki, intim hisləri əvvəlki qədər hissiyatlı deyil, cinsi əlaqə zamanı ağrı hiss edirlər və daha az həzz almağa başlayıblar. Lakin, cinsi istəkləri dəyişməz olaraq qalıb.

Alimlər bununla da G nöqtəsinin mövcudluğunun təsdiqləndiyini düşünürlər. Onların fikrincə qadınların bədənində bu həssas nöqtə olmasaydı, onların intim münasibət zamanı aldıqları zövq dəyişməz olaraq qalardı.

16.11.2023 23:00
show 8329