Efirdə Səmra ilə Ofelya arasında GƏRGİN ANLAR – Qadınları alçaldırsınız

Müğənni Ofelya Şabanova ilə model Səmra arasında efirdə gərgin anlar yaşanıb.
Qlobal.net xəbər verir ki, Səmra Ofelya Şabanovanın ər-arvad münasibətləri haqqında fikirləri ilə razılaşmayıb.
Səmra bildirib ki, qadının missiyası gözəlliklər yaratmaqdır: “Siz cəmiyyətdə qadınları alçaldırsınız. Onları qabyuyan, corabyuyan kimi təqdim edirsiniz. Niyə qızlara bunu mesaj kimi ötürürsünüz. Niyə demirsiniz ki, siz oxumalısınız, ali təhsil almalısınız, karyera qurmalısınız? Niyə emirsiniz ki, səhər sizin qarşınıza çıxan kişi sizi evdə qul kimi yox, gül kimi görməlidir. Qadının düşməni elə qadındır. Kişi özündən 10 yaş balaca biri ilə evlənəndə normal olur, amma qadın bu hərəkəti edəndə ev yıxan sayılır. Çox xahiş edirəm cəmiyyətədə bu düşüncələri normallaşdırmayın. Bunlar hamısı absurd və yalnış düşüncələrdir”.
Посмотреть эту публикацию в Instagram
Посмотреть эту публикацию в Instagram



