65566dca1f226202311233018
Bəy toya bir gün qalmış şok yaşadı: Gəlinin... - FOTO

Malayziyada bəy toya bir gün qalmış məlum olub ki, gəlininin başqa əri və uşaqları var.

Qlobal.net lent.az-a istinadən bildirir ki, Malayziyanın Kuçinq şəhərinin 28 yaşlı sakini 2021-ci ildə bir qızla tanış olub. 2022-ci ilin oktyabrında nişanlandıqlarını elan ediblər. Toy 2023-cü il noyabrın 10-da baş tutmalı idi.

Toy ərəfəsində bəy və 22 yoldaşı nikah müqaviləsi imzalamaq üçün gəlinin evinə gəlib, lakin o, orada olmayıb. Gəlini və ya atasını tapmaq istəyərkən təsadüfən sirrin üstü açılıb. Məlum olub ki, gəlin artıq evli və iki övladı olduğunu gizlədib.

Uğursuz bəyin sözlərinə görə, o, aldatmaq üçün qəsdən atası ilə əlbir olub. O, polislə əlaqə saxlayıb və bunun ailəsinin şərəfini ləkələdiyini və ciddi itkilərə səbəb olduğunu bildirib: uğursuz toyun hazırlanmasına 30 min rinqqit (4 min dollardan çox) xərclənib.


16.11.2023 23:29
771