Şəfiqənin də, Rasimin də yaşı 80-dır, gedib nəvələri ilə oynasınlar - Tariyel Qasımov
Bir sıra media orqanlarında verilən xəbərə görə, bir müddət
əvvəl buraxılmış Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədrləri
Rasim Balayev və Şəfiqə Məmmədova yenidən namizədliklərini irəli sürmək
fikrindədirlər. Yaşlarının 80-na yaxın olması və buraxılmış ittifaqlar
tərəfindən namizədlər kimi yenidən təklif edilməsi məsələsi bu sferada
təmsil olunan şəxslər arasında müzakirələrə səbəb olub. Bu kimi
faktorlar qeyd olunaraq yeni yaradılacaq ittifaqa sədrin daha cavan
olmasını bildiriblər. Manset.az məsələ ilə bağlı tanınmış Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Tariyel Qasımov ilə əlaqə saxlayıb.
Tariyel Qasımov bildirib ki, Şəfiqə və Rasim indiyədək heç bir iş görməyib, elə belə yalandan maaş alıblar. Vəssəlam.
“Mən
SSRİ Kinematoqrafçılar İttifaqı üzvü olmuşam. İndi də Rusiya
Kinematoqrafçılar İttifaqının üzvüyəm. Bu məsələlərdə onu deyə bilərəm
ki, yaşa görə də yeni namizəd seçilsə daha yaxşı olar. namizəd kimi daha
cavan, bu işdə çalışmış, vəzifə tutmuş və rejissor olan birini görmək
istərdim. Hansıki, bu sədr olsa yeni işlər görə bilsin, işləyə bilsin.
Rüstəm İbrahimbəyovun vaxtında hamısı gözəl idi. Amma bu Şəfiqə və Rasim
yalnız özləri üçün qazandı. Onların heç birinə razı deyiləm. Hər ikisi
nə ediblərsə özləri üçün ediblər. Ona görə də mən etiraz edirəm. Namizəd
kimi Elşad Quliyev və Şeyx Əbdülü görmək istərdim. Bu sahədə çalışa
biləcək çox yaxşı adamlar var. Şəfiqə və Rasim vaxtilə işləyiblər, nə iş
görüblər? Heç nə”.