655b968079981202311232520
Azərbaycanda yeni rayon yaradılır

Azərbaycanda Ağdərə rayonu yaradılır. 

Qlobal.net xəbər verir ki, Prezidentin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi artıq Milli Məclisin müzakirəsinə təqdim edilib. 

Layihəyə əsasən, Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq. 

Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb.

20.11.2023 21:23
show 5814