Siyasət

Fəzail Ağamalı ilə oğlu arasında partiya qurultayında rəhbərlik üstünə dava düşdü – FOTO

Bu gün Ana Vətən Partiyasının növbəti Qurultayı keçirilib.

Qlobal.net Demokrat.az-a istinadən xəbər verir ki, Qurultayda Ana Vətən Partiyasının sədri olan Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatıb.

Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib.

Faktı Elçin Ağamalı da Demokrat.az-a təsdiq edib:

“Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm”.

9957bbff 5a0a 42b0 b8f9 5a0f967e8cf3
f99a45e6 bec6 4bd2 8020 c4236064bb06

 

Related Articles

Leave a Reply

Back to top button