641b19c6e18bc202303230750
Oqtay Əliyev yol qəzasında vəfat etdi, Dilarə Əliyeva xəsarət aldı - FOTO

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. 

Hadisə Abşeron rayonu ərazisində baş verib. 

Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. 

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.


***

Xalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və “SOY” prodakşının rəhbəri Oqtay Əliyev ağır yol qəzasına düşüb.

OLAY-ın məlumatına görə, hadisə Saray yolunda baş verib. 

Qəza nəticəsində bir neçə şəxs həyatını itirdiyi bildirilib. 

M. Zəki xəstəxanaya aparılıb. O. Əliyev isə dünyasını dəyişib.

22.03.2023 19:06
show 696