66eaf45187dc6202409244001
Arzuolunmaz tüklərdən qurtulmaq üçün ÖMÜRLÜK ÇARƏ - Lazerə SON!

İstənməyən tük problemi hər kəsin qarşılaşa biləcəyi problemdir. Sosial fəaliyyətimizə mane olan, özümüzə inam problemi yaradan arzuolunmaz tüklər görünəndə hər kəs ondan tez qurtulmaq istəyir. 

Qlobal.net xəbər verir ki, tük problemlərindən ömürlük xilas olmaq mümkündür. Bunun üçün iki məhsuldan istifadə etmək kifayətdir. Arzuolunmaz tük problemindən qurtulmağın təbii üsulla hiyləsi ağrıkəsici olan aspirinin limonla qarışdırılmasıdır. 

Aspirin tərkibindəki salisilik turşu sayəsində saç köklərini zəiflədir. Limon suyu da bu prosesi sürətləndirir və dərinin pH balansını qorumağa kömək edir. 

Aspirin və limon suyu ilə tük köklərini zəiflədərək arzuolunmaz tük problemindən xilas olmaq olduqca sadədir. Əvvəlcə 4-5 aspirin tabletini toz halına salın. Sonra 2 xörək qaşığı limon suyu əlavə edin və qarışdırmağa başlayın. Sonda 1 xörək qaşığı su əlavə edib pasta konsistensiyasına çatana qədər qarışdırın. 

Əldə etdiyiniz məcunu tük kökləri olan nahiyələrə çəkin. Sonra bu sahədə 20-30 dəqiqə saxlayın. Maska quruduqdan sonra dərinizi ilıq su ilə təmizləyə bilərsiniz. Dərinizi nəmləndirərək baxımınızı tamamlaya bilərsiniz. (yenisabah.az)

18.09.2024 19:47
show 292