təqvim
Ardıcıl 6 gün İŞ OLMAYACAQ
İş və istirahət günlərinin yerləri dəyişdirilib.
Qlobal.net
xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 noyabr Zəfər günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq növbəti həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün qeyri-iş günü olacaq.
18.09.2024 12:14
show 283