Ermənistanın sərhəd ərazisində təxribata hazırlıq gördüyü haqda daha bir görüntü yayılıb.
Qlobal.net musavat.com-a istinadla xəbər verir ki, görüntülər ötən gün erməni Teleqram kanallarında paylaşılıb.
Videoda erməni hərbçilərdən ibarət yük maşınlarının sərhədə istiqamət aldığı bildirilir.
Qeyd edək ki, bundan öncə Azərbaycan MN Ermənistanın sərhədə artilleriya və canlı qüvvə yığdığını açıqlamış, Ermənistan MN isə bu faktı təsdiq edərək, “cavab tədbiri” olduğunu bildirmişdi.
Daha sonra isə sosial şəbəkələrdə muzdlu hərbçilərin və işlənmiş avtomobil şinlərinin sərhədə daşındığını əks etdirən görüntülər də yayılmışdı.