645cc535d5425202305233637
Boşanmaq istəyən kişinin həyat yoldaşı vəkilin ofisinə hücum etdi

Türkiyədə vəkilin ofisinə hücum olub.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, boşanmaq üçün vəkilə müraciət edən kişinin həyat yoldaşı ofisə basqın edib.

Vəkil Aylin Esra Erenin sözlərinə görə, qadın həyat yoldaşının çantasına izləmə cihaz yerləşdirib. Ərini təqib edərək onun vəkil ofisdə olduğunu öyrənib. Dərhal ofisə gələrək qapını yumruqlayıb və zorla içəri daxil olub.

Cihazın əri tərəfindən aşkar olunduğunu öyrənən qadın onu almağa çalışıb və həyat yoldaşından boşanmayacağını bildirib.

Vəkil Aylin Esra Eren və həmkarı Gizem Goncenin şikayəti əsasında məhkəmə qadının cərimələnməsi barədə qərar çıxarıb.

11.05.2023 14:36
show 752