Türkiyədə Athena Gökhan kimi tanınan müğənni Gökhan Özoğuza məxsus üçmərtəbəli bina uçub.
Qlobal.net Titul.a-a istinadla xəbər verir ki, hadisə ötən gün saat 22:40 radələrində Balat məhəlləsində qeydə alınıb.
Belə ki, 3 mərtəbəli və yaşayış olmayan binada qismən çökmə baş verib.
Binanın yanındakı iki və onunla üzbəüz yerləşən bir binanın sakinləri ehtiyat tədbiri olaraq təxliyə edilib.
Bundan başqa, onun ətrafındakı yolun bir hissəsində də çökmələr baş verib.
Binadan götürülən nümunələr araşdırıldıqdan sonra sökülüb-sökülməyəcəyinə qərar veriləcək.
Qeyd edək ki, Gökhan "O səs Türkiyə"nin də münsiflərindən biridir. O, həmin musiqi yarışında iştirak edən azərbaycanlılara qarşı xüsusi simpatiyası ilə seçilən məşhurlardandır.