Azərbaycanlı tələbənin sayəsində narkomafiya üzvləri ələ keçirildi (FOTO/VİDEO)
Türkiyədə narko-mafiya tərəfindən girov götürülərək, işgəcələrə məruz qalan tələbə azad olunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə Zonquldaq vilayətində baş
verib. Zonquldaq Bülent Ecevit Universitetinin tələbəsi olan Əli Safa K.
adlı azərbaycanlı tələbə özü də istəmədən narkotik vasitələrin satışı
ilə məşğul olan qruplaşmanın üzvünə çevirilib. Sonradan şantaj yolu ilə
dəstədə saxlanılıb və 1.5 ay ərzində işgəcələrə məruz qalıb.
Bu işgəcələrdən yaxa qurtarmaq üçün Əli Safa adlı gənc qruplaşmaya
aid tapançanı bilərəkdən Zonquldaq Bülent Ecevit Universitetinin
yataqxanasında gizlədib. Həmin silah polis tərəfindən ələ keçirilib və
bundan sonra Əli Safa K. saxlanılıb.
Polis tərəfindən saxlanılan azərbaycanlı gənc narkotik vasitələrin
satışı ilə məşğul olan qruplaşma haqqında məlumat verib. Polisin
keçirdiyi əməliyyat zamanı qruplaşma üzvü olan Ayhan Küçükdere, oğlu
Səməd Küçükdere (24) və Mehmet Can Arslaner (25) həbs edilib.
3 nəfərin ifadəsindən sonra H.C. (35) və F.O. (35) polis nəzarəti altında sərbəst buraxılıb.