Aparıcı Zaur Kamalın ARB kanalında yeni sezon efirində oğlu ilə aparıcılıq etməsi maraqla qarşılanıb.
Qlobal.net CityPost.az-a istinadən xəbər verir ki,efirlərin birində Zaur Kamalın aparıcılıq edən oğlu canlı yayım zamanı saqqız çeynəyib. Qeyd olunan görüntülər sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Bəzi sosial şəbəkə istifadəçiləri aparıcının oğlunun canlı yayımda saqqız çeynəməsini tamaşaçıya hörmətsizlik kimi qəbul edib.
Mövzu ilə bağlı saytımıza açıqlama verən şair Şəmsi Vəfadar bildirib ki,aparıcının oğlu daha peşəkar olmalı idi.
“Polisin oğlunun polis, həkimin oğlunun həkim,müəllimin oğlunun müəllim olduğunu görmüşük. Onlar əslində daha mükəmməl olurlar. Zaur Kamal də gənc yaşlarından televiziyadadır. Onun oğlunun efirdə saqqız çeynəməsi təəssüf doğurur. Bu onu göstərir ki, Zaur Kamal yaxşı aparıcı deyil. O,yaxşı aparıcı olsaydı, oğluna efirdə saqqız çeynəməyi yox, aparıcılığın sirrlərini ona aşılayardı. Zaur Kamal özü də əvvəllər verilişlərdə çağırdığı qonaqlara yersiz sualları ilə yadda qalıb. Qadın qonaqlara efirdə “subay olsaydın mənə gələrdin”? deməsi tamaşaçılarda ikrah hissi doğurur... ”,-deyə Şəmsi Vəfadar bildirib.