66fbb5948bb69202410244052
Zaur Kamalın oğlu efirdə saqqız çeynədi - VİDEO

Aparıcı Zaur Kamalın ARB kanalında yeni sezon efirində oğlu ilə aparıcılıq etməsi maraqla qarşılanıb.

Qlobal.net CityPost.az-a istinadən xəbər verir ki,efirlərin birində Zaur Kamalın aparıcılıq edən oğlu canlı yayım zamanı saqqız çeynəyib. Qeyd olunan görüntülər sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Bəzi sosial şəbəkə istifadəçiləri aparıcının oğlunun canlı yayımda saqqız çeynəməsini tamaşaçıya hörmətsizlik kimi qəbul edib.

 

 

 Mövzu ilə bağlı saytımıza açıqlama verən şair Şəmsi Vəfadar bildirib ki,aparıcının oğlu daha peşəkar olmalı idi.

“Polisin oğlunun polis, həkimin  oğlunun həkim,müəllimin  oğlunun müəllim olduğunu  görmüşük. Onlar   əslində daha  mükəmməl  olurlar. Zaur  Kamal də gənc yaşlarından  televiziyadadır. Onun  oğlunun  efirdə saqqız çeynəməsi təəssüf  doğurur.  Bu  onu göstərir ki, Zaur Kamal yaxşı  aparıcı deyil. O,yaxşı aparıcı olsaydı, oğluna  efirdə saqqız çeynəməyi yox, aparıcılığın sirrlərini ona aşılayardı. Zaur Kamal özü  də əvvəllər  verilişlərdə  çağırdığı qonaqlara  yersiz sualları ilə yadda qalıb. Qadın qonaqlara efirdə “subay olsaydın mənə gələrdin”? deməsi tamaşaçılarda ikrah hissi doğurur... ”,-deyə  Şəmsi  Vəfadar  bildirib. 


01.10.2024 12:52
show 198