65571f63d61ba202311230803
Zaur canlı yayımda bunu da etdi - VİDEO
  • Teleaparıcı Zaur Baxşəliyev canlı yayımda əlinə süpürgə alaraq studiyanı süpürməyə başlayıb.

Publika.az xəbər verir ki, bu, aparıcısı olduğu “Bizimləsən” proqramında baş verib.

O, verilişə süpürgə və xəkəndazla çıxıb:

“Bura mənim evimdir. Evimdən çox burada yaşayıram. Süpürgəni bura gətirin. Buranı silərəm də, süpürərəm də, təmizləyərəm də...

Adam çörək qazandığı yerə gərək hörmətlə yanaşsın. Nə olar ki?! Burada nə var?! İnsan çalışdığı yerə xəyanət etməməli, ora hörmət qoymalıdır. Harada çalışırsan çalış, istər xadimə işlə, istər hansısa yerin ağası, rəhbəri ol, ora sənin evindir, ora xəyanət etmək olmaz. Mən xəyanətkar insanları sevmirəm. Belə insanları bağışlaya bilmirəm. Ora sənin üçün müqəddəs hesab olunmalıdır”.

Yenisabah.az

17.11.2023 12:07
show 434