658d1049561d9202312230601

"Yetim Elçin"nin arvadı Xoşqədəmin önündə diz çökdü - VİDEO

Müğənni Aysel Əlizadəni həyat yoldaşı, iş adamı Elçin Nəcəfovla (Yetim Elçin) münasibətdə olmaqda ittiham edən Turanə Nəcəfova yenidən efirə çıxıb. 

Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, Turanə "Səni axtarıram" ictimai-sosial verilişinə gələrək proqramın aparıcısı Xoşqədəm Hidayətqızının önündə diz çöküb. 
Turanə aparıcı ilə müğənnini məhkəmədə üz-üzə qoyduğu üçün vicdan əzabı çəkdiyini dilə gətirib: "Çox utanıram. Mənə görə məhkəmələrdə əziyyət çəkdiz. Mənim üzümdən təhdid olundunuz, sizə pullar təklif olundu, yenə də məni tək qoymadınız. Yanımda oldunuz, bu gün də mənim yanımdasınız. Sizdə olan qeyrəti biz çox kişidə görməmişik. Təşəkkür edirəm". 
Hidayətqızı isə Nəcəfovanın səmimi çıxışına qarşılıq verərək bu sözləri söyləyib: "Niyə? Biz ki, məğlub olmadıq. Dəfələrlə qalib olduq. Əsas odur ki, sən aliment aldın, evini aldın, övladınla görüşə bilirsən, onlar məktəbə gedirlər. Sən bunun üçün çalışırdın. Mən hər zaman sənin yanındayam. Doğrudan da mənə çox pullar təklif olundu, təhdid olundum. Bunu bil ki, sən qalibsən". 

Qeyd edək ki, 2019-cu ildə Turanə Nəcəfova adlı qadın "Səni axtarıram" ictimai-sosial verilişinin efirinə çıxaraq, Aysəl Əlizadəni keçmiş əri iş adamı Elçin Nəcəfovla münasibətdə ittiham edib.
Müzakirə əsnasında Xoşqədəm Hidayətqızı "Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm..." kimi fikirlər səsləndirib.  Aysel X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətini alçaltdığını əsas gətirərək təzminat iddiası qaldırıb. İddiaya 4 il müddətində müxtəlif məhkəmə orqanlarında baxılıb və Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 2000 manat təzminat ödəməlidir. 


28.12.2023 10:04
show 2473