658d05d9bd5ee202312232129
Nura Suri od püskürdü: “Məhkəmələrdə süründürəcəyəm” - VİDEO

Müğənni Nura Suri sosial şəbəkədə onu təhqir edənlərə cavab verib. 

Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, bunu "Xəzər axşamı" verilişində danışan ifaçı tez-tez polisə müraciət etdiyini söyləyib: "Mənim haqqımda harada təhqir çıxırsa, onunla mübarizə aparıram. Hələ təkəm, inanıram mənə qoşulacaqlar. Bu işlərlə polisi yormuşam, amma anında taıpılır, iş məhkəməyə qədər gedir. Heç kimin kimisə təhqir etməyə haqqı yoxdur. Bu yaxınlarda iki fərqli səhifədən bir nəfər mənə şərh yazmışdı. Cavab verdim ki, sizdən polisə şikayət etmişəm, sona kimi gedəcəyəm və məhkəmələrdə süründürəcəyəm. Artıq 7 dəfədən çoxdur ki, polisə şikayət etmişəm. Mübarizə aparmaq lazımdır. Şərh yazanlar tapılıb, məhkəmələr də olub. Birinə 15 sutka həbs cəzası verilmişdi".


28.12.2023 09:48
show 267