66703154a0d92202406245132
“Yeni Nostradamus”dan şok: Sabah dünya savaşı başlayır!

Üçüncü Dünya müharibəsinin başlamasına cəmi bir neçə gün qalıb.

Qlobal.net axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə "Yeni Nostradamus" adlandırılan hindli astroloq Kuşal Kumar "Deyli Star"a açıqlamasında çıxış edib.

"18 iyun 2024-cü il III Dünya müharibəsini başlatmaq üçün ən güclü planetar stimula malikdir", - o bildirib.

O, iddiasını dəstəkləmək üçün bir sıra narahatedici cari hadisələri sadalayıb:

1. Himalay dağlarında doqquz hindu zəvvarının həlak olduğu və 33 nəfərin yaralandığı son terror aktı;

2. Şimali və Cənubi Koreya arasında silahsızlaşdırılmış zonada atışma;

3. Livandakı Hizbullah qüvvələrinin bu yaxınlarda bir komandirin ölümünə cavab olaraq yəhudi dövlətinə raket zərbələri endirməsindən sonra İsraildə qarşıdurmanın kəskinləşməsi;

4. Rusiya Havanaya hərbi gəmilər, o cümlədən nüvə sualtı qayığı göndərməsi:

5. Çinin Tayvan ətrafında hərbi təlimləri və ABŞ-ın kəskin reaksiyası.

17.06.2024 16:50
show 264