Yaxın 2 gün ərzində... - XƏBƏRDARLIQ
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik
olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və
Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz
fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Bu barədə Qlobal.net-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən
dispers toz hissəcikləri 1.3, dəm qazı 1.5, azot-4 oksid 1.3, Sumqayıt
şəhərində isə dispers toz hissəcikləri 1.2, dəm qazı 1.3 dəfə normadan
yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar
transsərhəd xarakterlidir və yaxın 2 gün ərzində davam edəcəyi
gözlənilir.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək
olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması,
sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.