65410777a924d202310235607
Yaxın 2 gün ərzində... - XƏBƏRDARLIQ

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.  
Bu barədə Qlobal.net-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.   Gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.3, dəm qazı 1.5, azot-4 oksid 1.3, Sumqayıt şəhərində isə dispers toz hissəcikləri 1.2, dəm qazı 1.3 dəfə normadan yüksək müəyyən edilib.   Havada müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar transsərhəd xarakterlidir və yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.   Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.
31.10.2023 17:55
show 418