6585cc5a6e487202312235018
XƏBƏRDARLIQ! Azərbaycanda dəhşətli virus YAYILIR - Koronavirus yenidən GƏLDİ?

Koronavirusun Omikron ştammının alt variantı sürətlə yayılır. Bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artan statistika barədə məlumat yayıb. “JN.1” adlı virus dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan, Çin və ABŞ-də aşkarlanıb. ÜST sözügedən virusun hazırda ictimaiyyət üçün az riskli olduğunu qeyd edib. Lakin Covid-19 və digər infeksiyaların bu qış arta biləcəyi barədə də xəbərdarlıq edib. “Qrip və respirator viruslar da şimal yarımkürəsində artmaqdadır”, - deyə məlumatda qeyd olunub.

Bəs yeni ştammın Azərbaycanda yayılma ehtimalı və Koronavirus təhlükəsi varmı?

Məsələ ilə bağlı danışan tibb sahəsi üzrə ekspert Rasif Bağırov Referans.az-a bildirib ki, Koronavirusun Omikron variantının bir neçə qollarının bəzi növü həkimlərə rast gəlib: “Bu ilin yanvar ayından bu günkü günə qədər həmin variantlara bizdə rast gəlinib. Amma burada söhbət ondan gedir ki, həmin bu variant əslində insan orqanizmində çox ağır fəsadlar yaratmır. Sadəcə bu variantın ən pis cəhəti bundan ibarətdir ki, bu xəstəliyə yoluxan adamlar həmin xəstəliyin olduğunu hiss etmirlər. Yəni xəstəliyin gediş variantında xəstə sağlam olduğunu düşünür. Xəstələr ən tez gələndə artıq bu xəstəliyə 1-2 aydır ki, yoluxmuş olur. Hətta bəzən xəstələr 4-5 ay belə geckimələrlə müraciət edirlər. Bütün bu halların çoxunda insanlar hansısa bir orqanında zədələnmə olduqda müraciət edirlər”.

Həkim qeyd edib ki, hər hansısa bir orqanda zədələnmə olduqdan sonra müraciət edilməsi xəstəliyin müalicəsini çətinləşdirir. Onun sözlərinə görə, xəstə nə qədər tez müraciət etsə, qısa zamanda problemi aradan qaldırmaq olar: “Gec müraciət edilərsə, orqanlar zədələnir və müalicə çətinləşir. Amma bu virus Azərbaycanda çoxdan var. İlin əvvəlindən bu virusla qarşılaşırıq. Hətta xəstələr tez müraciət edəndə virusun özün də aşkar etmək olur. Amma vaxtında həkimə getmədikdə virus bədəndən çıxır deyə onu tapmaq olmur. Əvvəlki koronavirusdan fərqli olaraq bu virusda ölüm halları aşkarlanmır”.

Koronavirusun Omikron ştammının alt variantı sürətlə yayılır. Bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artan statistika barədə məlumat yayıb. “JN.1” adlı virus dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan, Çin və ABŞ-də aşkarlanıb. ÜST sözügedən virusun hazırda ictimaiyyət üçün az riskli olduğunu qeyd edib. Lakin Covid-19 və digər infeksiyaların bu qış arta biləcəyi barədə də xəbərdarlıq edib. “Qrip və respirator viruslar da şimal yarımkürəsində artmaqdadır”, - deyə məlumatda qeyd olunub.

Bəs yeni ştammın Azərbaycanda yayılma ehtimalı və Koronavirus təhlükəsi varmı?

Məsələ ilə bağlı danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla Referans.az-a bildirib ki, əslində pandemiya itib, amma SARS-CoV2 virusu yoxa çıxmayıb: “Həmin virusun mutasiya variantlarından biri olan Omikronun özünün mutasiya ştammları davam edir. Bu da ayrı-ayrı yerlərdə epidemik ocaqların yaranmasına səbəb olur. Omikronun bir neçə mutatsiyon şatmmı da bu yaxınlarda xeyli insan arasında yayılmışdı. Xüsusilə də yaz-yay aylarında bunlar geniş müşahidə edilirdi. Hazırda da bu proses davam edir. Mutasiya variantı daha çox yoluxuculuğun yüksək olması, lakin detallılıq və ağırlaşma törətmə variantının aşağı olması ilə özlərini göstərir”.

Professor qeyd edib ki, virus sürətlə yayılır və yoluxulur, amma onun əvvəlki kimi geri qayıtmaq və pandemiya yaratmaq imkanı yoxdur. Onun sözlərinə görə, vaksinasiya və yoluxanlarda yaranan immunitetin hesabına infeksiya zənciri qırılıb: “İnsanların kontaktla yoluxmasının qarşısını almaq üçün onlar gigiyenik qaydalara riayət etməlidirlər. Biz yeni-yeni sürprizlərlə üz-üzə gələ bilərik. Əvvəla ÜST-ün Koronavirusdan fərqli insan sağlamlığına təhdid edən 10 amildən biri kimi qrip pandemiyasının olması göstərilirdi. O pandemiya nə vaxtsa, yer kürəsini gözləyir”.

21 əsrin virus əsri olması insanların artımı ilə bağlıdır. İnsanların artımı fauna və floranı sıradan çıxarır. əvəllər insanlarda olmayan virusların insana keçməsi artır – deyə Adil Qeybulla əlavə edib.

22.12.2023 21:48
show 555