653699d258a00202310230538
Xalq artistindən küçədə çılpaq gəzən Dilarəyə SƏRT REAKSİYA – “Bu dəlilik yox, BİABIRÇILIQDIR”
Müğənni Dilarə Kazımova yeni layihəsinin anonsunu verib. “Dəli” adlı klipini ifaçı İtaliyada lentə aldırıb. Ən maraqlısı da odur ki, Dilarə Kazımov klipdə lüt soyunaraq küçələrdə gəzir. Təbii ki, ifaçının görüntüləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksəriyyət ifaçıya iradlarını bildiriblər. 
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Xalq artisti Əbdül Mahmudov bildirib ki, o qadını tanımıram, bilmirəm haranın müğənnisidir:
“Amma bildiyim odur ki, o xaricdə klip çəkdirmək çox bahadır. Yəqin ki, qadın İtaliyaya elə belə getməyib.

Kimlərsə ona sponsorluq edib. Mən Xalq artisti, 60 illik sənətdə olan bir şəxs burdan Hacıqabula gedə bilmirəm. Amma belə xanımlar burdan vurub, dünyanın o başından çıxırlar. Hamısı haram, oğurluq pullardır. Həmin qadınlar da gedib xaricdə sənət yox, soyunub bədən əzalarını göstərirlər. Sadəcə utanıram. Bu dəlilik yox, biabırçılıqdır”.

23.10.2023 20:05
show 519