şamil
Xalq artisti: “Alatava” serialındakı roluma görə bu yaşımda söyülürəm”

“Alatava” serialındakı roluma görə bu yaşımda söyülürəm. Amma gənclərin sırasındayam, onlarla bir yerdə söyülürəm”.

Qlobal.net moderator.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Şamil Süleymanlı çəkildiyi serial barədə danışarkən deyib.

“Qocalar cəbhəsi məni cavanlar cəbhəsində söyür. Kim qələbə çaldı? Əlbəttə, gənclər! Bu filmdə London küçələrində olan avaraların həyatına bənzəyən axın var. Onlar da istədilər ki, söyüşlü bir şey çəksinlər.

Cavanların arasında o söyüşləri mən də söymüşəm. Qocalar bizi söyürlər. Qoy söysünlər, biz cavab verməyəcəyik. Çünki bizim cavanların sırasında mən varam. Onların heç biri cavab verməyəcək. Çünki onların da komandanı mənəm. Böyük deyə bilər, o nə deyirsə, düz deyir, amma biz də öz işimizdəyik”.


16.05.2024 19:35
show 2032