66462c8787916202405245551
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir. 

Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir. 

Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı və ya əvvəlki iş gününə keçirilir. Bu isə o deməkdir ki, 25 may şənbə günü ilə 27 may birinci günün yeri dəyişdirilə bilər. Beləliklə, gələn həftə Azərbaycanda 3 gün - 26, 27 və 28 may tarixlərində qeyri-iş günü ola bilər.

Yenisabah.az məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, bununla bağlı hökumətin müvafiq qərarı olacağı təqdirdə, ictimaiyyətə məlumat veriləcək. 

16.05.2024 19:55
show 6038