xatirə

Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”

Tanınmış müğənni Xatirə İslam instaqram hesabında paylaşım edərək həmkarı, dostu Nicat Məhərrəmlinin onun adından dələduzluq etdiyini iddia edib.

Bu haqda Xatirə İslam instaqram hesabında paylaşım edib.

“Ailələrinə yaxın olmuşuq. Rəhmətlik anası vasitəsilə dost olmuşuq. Mənim adımdan dəfələrlə insanlardan beh alıb. Sonra isə zəng edib deyib ki, “Xatirə xanım xəstədir. Toyda iştirak edə bilməyəcək”. Mənə sənət yoldaşlarım, dostlarım, aparıcılar da Nicatın borc istəməsi ilə bağlı zəng edib. Adlarını da çəkə bilərəm”.

Vaxt olub ki, anası Yaqut xanım onun borclarına görə qızıllarını satıb. Nicatın bu problemlərini həll edib. Anadır, utanıb, narahat olub. Valideyn üçün də çox ağırdır: “Anası rəhmətə gedəndə Nicat dedi ki, “pis vərdişlərimə tövbə etmişəm”.

Bir mahnı aldım verdim, bütün xərcləri də öz boynuma götürdüm. Hətta dedim ki, klip də çəkdirəcəyəm və xərclərini özüm ödəyəcəyəm. Sənin də bütün müğənnilər kimi əlin çörəyə çatsın. Tanınmış ol, səsin var, sənətin var. Mənə “tövbə etmişəm” deyir, amma bu gün də adımdan beh alır. Mən söz götürən adam deyiləm”, - paylaşımda qeyd olunub.

Nicat isə Xatirənin postuna şərh yazaraq üzr istəyib: “Nə desən düz deyirsən. Sən mənə bacı olmusan, həmişə dəstək vermisən. Bu bir səhv idi və üzr istəyirəm, bağışla”.

Bunun ardınca Xatirə İslam postun şərh bölməsini bağlayıb.

***

Nicat Məhərrəmli də məsələ ilə bağlı instaqram hesabında paylaşım edib:

“Dostlar, həyat çətin və keşməkeşlidir. Bəzən haqlı, bəzən isə haqsız oluruq. Bəzən haqlı olduğun halda haqsız duruma düşürsən. Bəzən də həqiqətən haqsızlıq edib böyük səhvlər edirik. Təbii ki, həyatda çox çətin anlar olur. İnşallah ki, hər şey yaxşı olar”.


05.02.2025 23:38
show 63