photo_32131420

Vanqadan 2022-ci il üçün DƏHŞƏTLİ PROQNOZLAR: dünya yeni ölümcül virusla sarsılacaq və...

Korluğuna görə “Kor Kahin” adlandırılan məşhur bolqar öngörücü Vanqanın proqnozları gündəmi silkələməkdə davam edir.

Qlobal.net  publika.az-a istinadla xəbər verir ki, Vanqanın proqnozları arasında ikinci ölümcül virusun 2022-ci ildə meydana çıxacağı yer alıb.

Təbii fəlakətlərin artması Vanqanın 2022-ci ilə dair proqnozlarının başında gəlir. 2022-ci ildə çoxlu təbii fəlakətlərin baş verəcəyini və ölümlərin artacağını təxmin edən öngörücü daha əvvəl baş vermiş bir çox təbii fəlakətləri proqnozlaşdırmışdı.

O ehtimal edib ki, 2022-ci ildə yadplanetlilər insanlarla ünsiyyət qurmağa çalışacaqlar. Onlar həyat axtarmaq üçün yerə meteoritlər göndərəcəklər.

Vanqanın ən qorxulu proqnozlarından biri də də dünyada yeni ölümcül virusun görünəcəyidir. O, 2022-ci ildə dünyanın ikinci ölümcül virusla sarsılacağını iddia edib.

Kahin 2022-ci ildə su böhranının başlayacağı və böyük dövlətlərin həll yolu tapmaq üçün hərəkətə keçəcəyini də ehtimal edib. Vanqanın 2022-ci il üçün proqnozlaşdırdığı fəlakətlərdən biri də aclıq və quraqlıqdır...

Xüsusilə Hindistanda temperaturun 50 dərəcəyə qədər yüksələcəyi və çəyirtkə istilası nəticəsində böyük qıtlığın yaşanacağı iddia edilir.

13.06.2022 16:06
show 282