663082249f1c5202404243116
Bakıda 40 minlik "Rolex"i oğurlayan şəxs 21 il həbsdə yatan Hafiz imiş - VİDEO

Bakıda 40 min manat dəyərində "Rolex" markalı qol saatı oğurlayan şəxs məşhur oğru Hafiz Qocayev imiş.

Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1971-ci il təvəllüdlü Qax rayon sakini Hafiz Qocayev ömrünün ən azı 21 ilini həbsxanada keçirib.

O, aviasiya üzrə ali təhsil alıb. Subay olub.

Hafiz Qocayev 1989-cu ildə "Vasmoy bazarı"nın qarşısında 3 nəfərin ölümü ilə nəticələnən qəzaya görə həbs olunub. 1999-cu ildə narkotik satdığına görə həbsə düşüb. 2005-ci ildən azadlığa çıxıb və kafe işlədib. 2014-ci ildə yenə oğurluq mal satdığına görə həbs olunub.

Bir neçə il əvvəl ARB TV-nin "Rezonans" proqramında Hafiz Qocayevin həyat hekayəsi yayımlandıqdan sonra həbsdən azad edilib.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində "Rolex" markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.

30.04.2024 09:30
show 218