Təranə Qumraldan Nazəninə cavab: “Çəp gözlərinlə mənə yaxşı bax” – VİDEO
ATV televiziyasında yayımlanan ”Rəngarəng səhər” proqramında qonaq olan müğənni Nazənin, saatının qiymətinin 52.000 dollar olduğunu deyən Təranə Qumralı yalançılıqda ittiham etmişdi.
Qlobal.net xəbər verir ki, Təranə Qumral “Tarixin bir günü” verilişində bir neçə gün öncə ona söz atan Nazəninə cavab verib.
Həyat yoldaşı Musa Musayevin sağlamlığına qovuşmasından sonra ilk dəfə birlikdə efirə gələn cütlük haqqlarında deyilən sözləri önəmsəmədiyini bildiriblər.
Xatırladaq ki, Nazənin Təranə Qumrala məsləhət verərək ” O qiymətə saatı varsa, satsın özünə maşın alsın” ifadələrini işlətmişdi.