Telefon suya düşübsə, nə etməli?

Telefonun suya düşməsi bir çox insanın başına gələn xoşagəlməz hallardan biridir. Xüsusilə də cihazınız bahalı və yeni modeldirsə, bu vəziyyət daha da narahatlıq yaradır.
Qlobal.net bildirir ki, düzgün və vaxtında görülən tədbirlər sayəsində telefonu xilas etmək mümkündür. Aşağıda addım-addım nə etməli olduğunuz izah olunur.
1. Telefonu dərhal sudan çıxarın
Ən vacib addım – vaxt itirmədən telefonu sudan çıxarmaqdır. Hər saniyə vacibdir, çünki cihazın içərisinə nə qədər çox su daxil olarsa, zərər bir o qədər çox olar.
2. Telefonu söndürün
Telefon hələ işləyirsə, dərhal söndürün. Heç bir düyməni basmayın, ekranla oynamayın. Elektrik dövrlərində gərginlik qalarsa, bu, qısaqapanma və cihazın yanmasına səbəb ola bilər.
3. Batareyanı, SIM kartı və yaddaş kartını çıxarın
Əgər telefonun arxa qapağı açılırsa, batareyanı, SIM kartı və yaddaş kartını çıxarın. Bu, həm məlumatlarınızı qoruyar, həm də quruma prosesini sürətləndirər. Lakin telefonun bataryası çıxmırsa (məsələn, iPhone-larda), bu addımı keçin.
4. Telefonu silkələməyin və fenlə qurutmayın
Bir çox insan səhv olaraq telefonu silkələyir və ya saç fenindən istifadə edir. Bu, su damcılarını cihazın dərin hissələrinə aparır və vəziyyəti daha da pisləşdirir. Həmçinin, isti hava daxili komponentlərə zərər verə bilər.
5. Qurutma üsulu tətbiq edin
Quru parça və ya kağız dəsmal ilə telefonu yüngülcə silin.
Sonra cihazı quru, havadar bir yerə qoyun.
Ən effektiv üsullardan biri – telefonu quru düyü və ya silika jel (ayaqqabı qutularında olur) ilə dolu qaba yerləşdirməkdir. Bu maddələr nəmi yaxşı çəkir.
Telefonu ən azı 24–48 saat bu vəziyyətdə saxlayın.
6. Cihazı erkən açmayın
Ən çox edilən səhvlərdən biri – telefonu tez bir zamanda yoxlamaq üçün açmaq cəhdidir. Bu, qurumamış hissələrdə qısaqapanmaya səbəb ola bilər. Cihazı tam quruduğuna əmin olmadan açmayın.
7. Servis mərkəzinə müraciət edin
Əgər telefon tam quruduqdan sonra da açılmırsa və ya ekran, səs və ya şarj problemi yaranıbsa, rəsmi texniki servisinə müraciət edin. Mütəxəssislər cihazın içini açaraq dərin təmizləmə və qurutma aparacaqlar.
Emin Əzimoğlu
Qlobal.net



