664acd0d4fea5202405240949
Helikopterin qalıqları tapıldı: Rəisi həlak olub - FOTO/VİDEO (YENİLƏNİB)


Helikopter qəzasında həlak olanların adları açıqlanıb

1-Ayətullah Seyid İbrahim Rəisi

2- Ayətullah Seyid Məhəmməd Əli Əl-Haşim

3- Dr. Hossein Amirabdollahian

4- Doktor Malik Rəhməti

5- Sərdar Seyid Mehdi Musəvi

6- Ənsar əl-Mehdi Korpusu (şəxsiyyəti məlum deyil)

7- Pilot (naməlum şəxsiyyət)

8- Pilotun köməyi, şəxsiyyəti naməlum)

9-Kruçev (naməlum şəxsiyyət)

--------

İran Prezidenti İbrahim Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.

"İran Prezidenti Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb", - deyə, o bildirib.

-------

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb.

APA-nın məlumatına görə, bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında deyib.

"Helikopterin qalıqları tapıldı, biz helikopterə doğru irəliləyirik. Hava şəraiti yaxşı deyil",-deyə, o bildirib.

İran mediası artıq qəzaya uğramış helikopterin qalıqlarının ilk fotolarını yayıb.

***

İran Qızıl Aypara Cəmiyyətinin operativ qərargahı göyərtəsində İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin tapılması xəbərini təkzib edib.

Bu barədə məlumat qurumun Telegram kanalında yayılıb.

Xatırladaq ki, bir qədər əvvəl xilasedicilərin dağlıq ərazidə sərt eniş edən helikopterin tapılması haqda xəbərlər yayılmışdı. (savash.org)

***

İran Prezidenti İbrahim Rəisinin qəzaya düşdüyü helikopter tapılıb.

Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

İran Qızıl Aypara Cəmiyyətinin operativ qərargahı xilasedicilərin Raisinin helikopterini tapması ilə bağlı məlumatı təsdiqləməyib.

İranın energetika naziri bildirib ki, xilasetmə işləri davam edir və onlar fövqəladə hadisə yerinə 2 km məsafəyə qədər yaxınlaşıblar.

Sitat tv-nin youtube kanalında xəbərləri izləyin...

20.05.2024 08:00
show 735