664a419da2815202405241453
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."

İran Prezident Seyid İbrahim Rəisini daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşə sahəsində qəzaya uğrayıb.

Publika.az İRNA-ya istinadla xəbər verir ki, bu barədə əraziyə yaxın kəndlərdə yaşayan hadisə şahidləri məlumat veriblər

Onlar bildiriblər ki, qəzadan bir saat əvvəl ərazidən səslər eşidiblər.

Qəza bölgəsinə PUA və axtarış-xilasetmə itləri də daxil olmaqla 20-dən çox yardım qrupu göndərilib.

Axtarış işlərinə kömək etmək üçün bölgəyə silahlı qüvvələrdən xüsusi təyinatlılar da göndərilib.

Əlverişsiz hava şəraiti səbəbindən xilasetmə işlərinin vaxt apara biləcəyi bildirilib.

19.05.2024 22:14
show 11351