Abşeron rayonu Hökməli qəsəbəsində intihar edən şəxsin həkim olduğu məlum olub.
Fevralın 18-də özünü Nübar yaşayış massivindəki evində asan Zahid Fərman oğlu Baxşəliyev həkim-proktoloq imiş.
1961-ci il təvəllüdlü həkim Sabunçu Tibb Mərkəzində cərrah kimi fəaliyyət göstərib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı lent.az saytı yayıb. (manset.az)