65e1d7dd3937e202403242757
Nadir Qafarzadədən SƏRT SÖZLƏR: "Hara baxırsan, 3 dılğırı görürsən"

Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında canlı yayımda giley-güzar edib. 

Qlobal.net xəbər verir ki, müğənni ad çəkmədən hədəf aldığı məşhurlar barədə ağır ifadələr işlədib.

“Hansı sosial şəbəkəni açırsan, 3 tərbiyəsizi görürsən. Hamı onlara baxır, hamı onları varlandırır. İnsanlar ən vacib məsələlərini qoyub kənara, ancaq bu 3 əxlaqsızla məşğuldur. İş ondadır ki, nifrət də etmirlər, onlara pullar qazandırırlar.Bir gecədə 25 min dollar pul qazanan var. Soysuz, köksüz 3 dılğır cəmiyyətin başını qatır. Problemi olan qaziyə, ehtiyac sahibinə heç kim dönüb baxmır, hamı pulunu tökür bu 3 dılğıra.Bunlar alimdir, professordur, hərbçidir, incəsənət xadimidir, kimdi bunlar? Ölkə əhalisinin gör nə qədəri onların səviyyəsindədir, səviyyəniz budur bax”, - o bildirib. 

Nadir Qafarzadə ad çəkməsə də, gələn rəylərdə onun Nia, Sabir və Furkan adlı 3 tiktokeri nəzərdə tutduğu yazılıb.(lent.az)

01.03.2024 17:27
4800