Brilliant Dadaşova Səidənin ərini polislə HƏDƏLƏDİ – Başından bir tük əksik olsa…

Xalq artisti Brilliant Dadaşova bacısı qızı Səidə Dadaşovanın onların ailəsinə qarşı ittihamları haqqında danışıb.
Qlobal.net xəbər verir ki, bu barədə sənətçi RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində açıqlama verib.
Xalq artisti bildirib ki, Səidənin əri intriqa ilə qidalanan insandır:
“Səidəni o öyrədir. Sədə deyir ki, anam uşağımı görməyib. Yalan deyir. Səidə kilo yarımlıq uşaq doğmuşdu. Mənim atamın bağında o uşağı bacım Sədaqət ətə-cana gətirdi. 3 ay ona baxıb. Bu günə qədər Sədaqət Səidənin adı gələndə hönkür-hönkür ağlayır. Səidəni o yanındakı intriqa sevən adam anasına yaxın buraxmır.
Səidənin qabırğasını sındırandan sonra, bacısı ilə danışdım, dedim Səidə ilə danışmaq, ona kömək etmək istəyirəm. Dedi ki, mümkün deyil. Öz bacısı ilə danışmağa qoymur. Yaxşı, hamı pisdi, bəs sənin bacın necə pis ola bilər? Öz bacısını bloka atmağa məcbur olub. Səidə səs yazısında da ağlaya-ağlaya deyir, bacı, məni bağışla. Bu, tirandır. Mənə bir şey olsa, bundan görün. Əgər Səidənin başından bir tük əksik olsa, o səslər məndədir. Səidəni öyrədib, bizim Dadaşovlarla bağlı bu intriqaları, yalanları danışsanız, mən ərizə yazacam. Çünki dövlət var, qayda-qanun var. Bizim şərəf və ləyaqətimizə bir də toxunulsa, bir də adımız çəkilsə, babam Yusif Dadaşovun familiyası hallansa, mən hökumətlə danışacam. Rəfail rəhmətə gedəndən sonra, bu insan Səidəni bizdən uzaqlaşdırdı”.



