Səddam Hüseynin oğlunun qudurğanlığı və faciəvi həyatı

Səddam Hüseynin oğlunun qudurğanlığı və faciəvi həyatı

Tarix boyu dünyanın müxtəlif bölgələrində diktatorlar öz avtoritar idarə üsulları ilə yadda qalıblar.

Qlobal.net bildirir ki, onlar tez-tez xalqın hüquqlarını məhdudlaşdıraraq, şəxsi hakimiyyətlərini qorumağa çalışıblar. Diktatorların fəaliyyəti cəmiyyətlərdə qorxu, təzyiq və bəzən də süni sabitlik yaratmaqla müşayiət olunub. 

Bu dəfə sizə ərköyün diktator uşaqlarından biri devrilmiş İraq lideri Səddam Hüseynin oğlu Uday Hüseyndən söhbət açacağıq. 
 Uday Hüseyn atasının ölkəni yumruqla idarə etməsindən istifadə edərək bir çox cinayətlər törətmişdi. Günlük həyat tərzinin çoxunu içkili halda olan Uday Hüseynin cinayətlərindən ən dəhşətlisi atasının dadbilənini (dequstator) məclislərin birində elektrik oyma bıçaq ilə doğrayaraq öldürməsi idi. Bundan əlavə Uday Hüseyn dəbdəbəli həyat tərzi ilə də yadda qalıb. Buna misal olaraq isə Udey Hüseynin 1200-dən çox bahalı maşınlarının olmasını göstərmək olar. Eyni zamanda İraqdakı istənilən qadına təcavüz edirdi. Qadınları yoldan oğurlayır və Udayın hüzuruna gətirirdilər. Onunla birgə olmaq istəməyən qadınları isə öldürürdü. Deyilənə görə, qadınlara təcavüz edəndən sonra Uday onların kürəyini adının baş hərfi olan “U” ilə damğalayırdı. Bundan başqa, Uday hədsiz sadistliyi ilə də ad qazanmışdı. Onun 2 köməkçisini ölümünə qədər döyməsi, habelə İraq türmələrindəki işgəncələrdə şəxsən iştirak etməsi də yayılan xəbərlər sırasındadır. Udayın qardaşı Qusey Hüseyn isə gizli polis idarəsi yaratmışdı və bu idarə müxalifətə qarşı amansız əməliyyatlarla məşhur idi. Qardaşlar 2003-cü ildə, artıq İraq işğal olunan zaman Şeyx Nəvvaf Zeydanın iqamətgahı güllələnən zaman orda ölüblər. 

Murad
Qlobal.net
25.04.2025 11:21
show 6581