Şou-biznes
Şəbnəm və Vəfaya görə Elza ilə Rövşanə qırğına çıxdı: Onlar narkotikdən də pisdir

Əməkdar artist Elza Seyidcahanla aparıcı Rövşanə Ağasəfqızı arasında dava düşüb.
Qlobal.net xəbər verir ki, müğənni Rövşanənin “Barometr TV”də yayımlanan proqramına qatılıb. Veriliş zamanı aparıcının müğənnilər Şəbnəm Tovuzlu, Vəfa Şərifovanın adını çəkməsi qarşı tərəfi özündən çıxardıb. Masadakı fincanı aparıcıya tərəf itələyən Seyidcahan proqramdan gedib.
“Məni təhqir edirsiniz, adamınızı tanıyın. Sən xoş getdin. Nahaq bura gəldim. Burada niyə Şəbnəm Tovuzlunun adını çəkirsən? Onlar narkotikdir, niyə onlardan danışırsan? Sənə də yaraşdırmıram onların adını çəkməyə. Onlar narkotikdən pisdir. Bitirdim, elə belə də efirə ver” deyə, E.Seyidcahan əsəbiləşib.
Посмотреть эту публикацию в Instagram