Reyhan kompotu necə hazırlanır?

Reyhan kompotu necə hazırlanır? - Resept

Reyhan kompotu, həm sağlamlıq üçün faydalı, həm də estetik görünüşü ilə göz oxşayan bir içkidir. Azərbaycanın müxtəlif bölgələrində yayılmış bu kompot, təbii rəngi və xoş ətri ilə süfrələrə xüsusi rəng qatır. Reyhan bitkisinin özünəməxsus təravətli qoxusu və faydalı xüsusiyyətləri, bu içkini gündəlik həyatımızda daha da dəyərli edir.


Sizə reyhan kompotunun necə hazırlanacağını, onun təbii dadını və aromatını qorumaq üçün hansı məsləhətlərə diqqət etməli olduğunuzu izah edəcəyik.


Tərkibi:

1 dəstə reyhan

3 l su (və ya 10 st su)

1 st şəkər tozu (və ya 10 x.q şəkər tozu)

1 ç.q limon duzu


Hazırlanması:

Reyhanı yuyub təmizləyirik. Suyu qaymanağa qoyuruq, qaynayandan sonra bu suya şəkər tozunu, limon duzunu əlavə edib qarışdırırıqki tam ərisin sonra reyhanı buraya əlavə edib qabın ağzını bağlayırıq. Soyuyandan sonra reyhanı süzüb soyuducuda sərin halda saxlayıb süfrəyə verə bilərsiniz.


Fidan

Qlobal.net

29.12.2024 19:35
show 47