65f1bc5e28d8e202403244654
Ramazanın üçüncü gününün DUASI

Bu gün Ramazan ayının üçüncü günüdür. Ramazan təqviminə əsasən ifrat vaxtı saat 19:00-dur.

Qlobal.net Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının üçüncü günün iftar duasını təqdim edir:

İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!

13.03.2024 18:46
show 173