sərxan

Qızı qoltuğunda beş kişi ilə gəzən analar var, onların övladları hər gün evdə fərqli bir kişi görür

Məlum olduğu kimi “Kanal S”in aparıcısı Nigar Fərhadın "atasız qız" mövzusu ilə bağlı qalmaqallı fikirləri cəmiyyətdə səs-küy yaradıb. Lakin bu məsələdə aparıcının yanında dayananlar da var.

Qlobal.net bildirir ki, aktyor və rejissor Sərxan Kərəmoğlu aparıcını tənqid edənlərə sərt cavab verib.

Sərxan Kərəmoğlu sosial şəbəkədə yazıb:

“Nə qədər dar düşüncə ilə düşünüb fikir bildirirsiniz! Peşəkar aparıcı olmaya bilər, ancaq onun fikirlərini anlamağa çalışmaq bu qədər çətindir?

Qızı qoltuğunda beş kişi ilə gəzən analar var ki, onların övladları hər gün evdə fərqli bir kişi görür. Elə atasız qızları nəzərdə tutub deyə niyə yazmırsınız?! Şəhid adını bu qədər ucuz yerlərdə istifadə etməkdən nə vaxt əl çəkəcəksiniz?”

Onun bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb.

Xatırladaq ki, aparıcı Nigar Fərhad “Sözün bitdiyi an” verilişində qalmaqallı ifadələr işlətmişdi:

“Mənim oğlum olsa, atasız bir qızı ona ala bilmərəm. Çünki elə bir ailədə böyümüşəm ki, evin kişisi kişi olmalıdır.”

Bu fikirlər sosial şəbəkələrdə və ictimaiyyətdə qəzəblə qarşılanıb. Nəticədə, “Kanal S” televiziyasının yayımı 24 saatlıq dayandırılıb. 

01.04.2025 18:16
show 423