"Heç kəsdən şübhələnmirik. Çünki heç kimlə işləri olmayan bir ailə olublar".
Qlobal.net News24.az-a istinadla xəbər verir ki, bunu qətlə yetirilən ər və arvadın qudası mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə ailənin heç kimlə ədavəti olmayıb:
“El həkimi idi. Mənə də xəbər verdilər ki, belə bir hadisə olub. Gəldik, gördük ki, bağın içərisində öldürüblər, üzlərini də örtüblər”.