Cəmiyyət
Qadının keçəl edib görüntüsünü yaydılar – Əri saxlanıldı

Sosial şəbəkələrdə bir kişinin qadına zorakılıq göstərməsi ilə bağlı görüntülər yayılıb.
Qlobal.net xəbər verir ki, həmin görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Qafqazinfo”ya bildirib ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:
“Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.
Faktla bağlı araşdırmalar davam etdirilir.




