6585c31f5e311202312231055
Özünə cindar deyən molladan XƏBƏRDARLIQ - Unitazdan istifadə etməyin!

Özünü cindar və cinlərin də mollası adlandıran türkiyəli Furkan Bal  maraqlı açıqlama verib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o bildirib ki, cinlər ona insanlara çatdırmaq üçün mesaj veriblər. Furkan Balın sözlərinə görə, tualetdə unitazdan istifadə edilməməlidir. Çünki unitazdakı suyun içərisində şeytanlar yuyunurlar.

“Mən də bunu yeni öyrənmişəm. Cinlər aləmindən biri gözümə görünüb bildirdi ki, insanlara bunu deyim. Çirkli su toplanan yerlər şeytanların məkanıdır. Unitazdakı suda şeytanlar yuyunurlar”, - o bildirib.

Furkan Balın bu açıqlaması sosial şəbəkələrə müxtəlif müzakirələrə səbəb olub.

22.12.2023 23:30
show 308