Azərbaycanda bu şəxslərə CİDDİ XƏBƏRDARLIQ: 50 dollar əlavə rüsum ÖDƏYƏCƏKSİNİZ
Gömrüklə bağlı son dövrlərdə əhali arasında narazılığınartması vətəndaşların xaricdən qayıdarkən və ya internet vasitəsilə xaricimağazalardan sifariş verməklə öz şəxsi istifadələri üçün aldıqları məhsullarıngömrükdə kommersiya məhsulu kimi vergiyə və rüsumlara cəlb edilməsi iləbağlıdır. Belə ki, xaricdən qayıdan vətəndaşların gətirdikləri mallara 800dollarlıq, ölkə daxilində xaricdən internet vasitəsilə sifariş edilmiş məhsullaraisə ayda 300 dollarlıq limit tətbiq olunur. Əvvəllər bu rəqəmlər xeyli yüksəkidi, sonra azaldıldı. Son illərdə bütün məhsullarda ciddi bahalaşmanın qeydəalınması şəraitində artıq bu məbləğə şəxsi istifadə üçün normal bir mal almaqmümkün deyil.
Bəs nəzərdə tutulan limiti keçdikdən sonra nə baş verir?
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat XidmətindənReferans.az-a verilən açıqlama verilib.
“Beynəlxalq poçt vasitəsinin daşınması ilə gətirilən məhsul300 dolları keçdikdə bu məbləğə uyğun olaraq qiymət hesablanır. Məsələn, sizinsifariş verdiyiniz məhsulların ümumi dəyəri 350 dollardır. Bu məbləğ 300dolları keçdiyinə görə 50 dollar rüsuma cəlb olunur. Bu məbləğ avtomatik olaraq“Smart Customs”-da hesablanır. Qeyd edək ki, siz bu rüsumu birbaşa onlayn şəkildəödəniş edə bilərsiniz. Bunun üçün gömrük məntəqəsinə üz tutmağa ehtiyac yoxdur”.
İqtisadçı-ekspert Natiq Cəfərli də bu haqda Referans.az-adanışıb.
“Vətəndaşlar xarici ölkələrdən geyim, ev əşyası, qida və s.bu kimi şəxsi istifadə üçün nəzədə tutulmuş məhsullar sifariş etdikləri zamansifarişlərinin ümumi məbləği 300 dolları keçdikdə rüsum ödəyir ki, bu rüsum daməhsulun əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumu ödəməli olurlar. Artıq birneçə dəfə sifariş vermiş vətəndaşlar bu sistemə öyrəşiblər. Bu səbəbdən dəonlar öz sifarişlərini nəzarət altında saxlayırlar, bir ay müddətində limitikeçməyəcək sifarişlər etməyə çalışırlar. Limitə yaxınlaşdıqları təqdirdə ailəüzvlərinin, yaxınlarının, tanış şəxslərin hesablarından istifadə edərək vacibsifarişlərini edirlər”.
Ekspert qeyd edib ki, istənilən halda bu prosesdə inzibati cəzavə yaxud da inzibati məsuliyyət yoxdur, sadəcə limiti keçdikdən sonra müəyyənbir tarif var ki, ona riayət etməlidirlər.