elnarə

Oxuya bilirsənsə, Aygün Bəylər kimi düzgün oxu - Bu müğənni Elnarə Abdullayevanı topa tutdu

"Yaxşı səsi var. Ancaq onun oxuduğu muğam yox, mərsiyədir".

Qlobal.net xəbər verir ki, bunu Əli Mirəliyev deyib.

O, Əməkdar artist Elnarə Abdullayevanın bostanına daş atıb:

"Elnarənin gözəl səsi, gözəl avazı var. Amma o, muğam yox, mərsiyə oxuyur, ağlaşma qurur. Niyə insanları buna öyrəşdirirsən? Tamaşaçını aldatmaq olmaz. Əgər oxuya bilirsənsə, Aygün Bəylər kimi düzgün oxu. Yaxşı səsi var. Ancaq onun oxuduğu muğam yox, mərsiyədir". (yenisabah.az)

13.04.2025 17:24
show 3243