66dbea5e57bf6202409245334

"Oğullarımın yanında mənim adımı yazmayın" - VİDEO

Müğənni Roza Zərgərli övladlığa götürdüyü Corc və Jerar Qafarovla bağlı paylaşım edib. 

Qlobal.net olay-a istinadən bildirir ki, sənətçi instaqram səhifəsində videoaçıqlama yayımlayaraq media əhlinə və aparıcılara səslənib. 

Zərgərli deyib ki, bundan sonra onun adı Corcun və Jerarın adı ilə yanaşı yazılmasın:

"Zamanında himayəmə götürdüyüm övladlarımla bağlı çox məqalələr və xəbərlər yazılıb. Orada qeyd edilirdi ki, Roza Zərgərlinin oğlu və sayra. Mən səhv iş görməmişəm. Əmək, maliyyə, sevgi və ən bahalı zaman xərcləmişəm. Bu gün sosial mediada Corcun "Azdrama"dan uzaqlaşması haqqında xəbərlər dərc olunub. Corcda məsələ ilə bağlı mediaya açıqlama verib. Biz onsuzda Corcun həmin teatrdan uzaqlaşmasını bilirdik. Corc Rusiyada çalışanda bu hadisə baş vermişdi. Yenə də media Corcun fikirlərini yazır. Sonda isə "Qeyd edək ki" bölümündə yazılır ki, "Qeyd edək ki, Corc Roza Zərgərlinin oğludur". Buradan sizə deyirəm və sizdən rica edirəm ki, artıq himayəmə götürdüyüm oğullarımın yanında mənim adımı yazmayın", - deyə Roza vurğulayıb. 

Qeyd edək ki, Roza Zərgərlinin Bənövşə adından bir qız övladı var.



07.09.2024 09:51
show 207