65ce4a342573d202402243028
“O xanımın qarşısında baş əyirəm” - Manaf Ağayev

“Məni kimsə nadir hallarda musiqi ilə ağlada bilər, o qızın ifasına baxdım gözlərim doldu”.

Lent.az xəbər verir ki, bunu müğənni Manaf Ağayev efirdə müğənni Leyla Rəhimova haqqında söyləyib.

“Mənim Leyla ilə heç bir münasibətim yoxdur, amma onun böyük sənəti olduğunu söyləmək istəyirəm, sənəti qarşısında baş əyirəm. “İncimişəm” adlı mahnı oxudu, başım xarab oldu, düşündüm ki, bundan o yana, bundan daha yaxşı oxumaq mümkün deyil. Onu öpürəm, bağırma basıram. Yaşda ondan böyüyəm, amma sənəti qarşısında baş əyirəm. Leyla öz yerində olmayan, layiqi qiymətini ala bilməmiş sənətkardır”, -  o,  “ Xəbərin var?” proqramında bildirib.

15.02.2024 23:30
show 1789