Şou-biznes

O adam evi alandan sonra Səidə ilə rəsmi nikah bağlayıb – Brilliant Dadaşova gizlinləri açdı

Xalq artisti Brilliant Dadaşova bacısı qızı Səidə Dadaşovanın ərinin Rafael Dadaşovun sərvətini öz adına keçirməsi ilə bağlı danışıb.

Qlobal.net xəbər verir ki, bu barədə sənətçi RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində açıqlama verib.

“Səidə deyir ki, maşın mənim adımadır. Çünki maşının kreditini sən ödəyirsən. Deyir ki, məni qeydiyyatdan çıxardılar. Ona görə çıxardıq ki, Rəfaelin evi satılsın, pul verirdik ki, ev alsın. Amma Səidənin adına ev yoxdu. O adam evi öz adına alıb. Evi alandan sonra Səidəni ZAQS-a aparıb. Səidə, sənin uşağının 10 yaşı, ZAQS-nın 1 yaşı var. Sabah onlar ayrılsa, Səidəyə heç nə düşmür. O adamın heç mənzili yox idi, qaldı ki, həyət evi. Ona mən yüz dəfə xəbər yollamışdım ki, bizə toxunma. Rəfael sağ olanda ona yalandan deyirdi ki, Brilliant proqramlara çıxıb deyir ki, Səidəni çağırmayın. Bir aparıcı desin ki, Brilliant xanım bizə belə bir söz deyib”.

Related Articles

Leave a Reply

Back to top button