Mərhum meyxana ustası, şair Nizami Rəmzinin narkotik
asılılığından əziyyət çəkən və səfil həyatı yaşayan qızı Reyhan
reabilitasiya mərkəzlərinin birində müalicədən sonra üzə çıxıb.
Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, mərhum sənətkarın
qızının görüntülərini bloger Nail Kərimli sosial şəbəkə hesabında
izləyiciləri ilə bölüşüb.
Reyhan səhhəti ilə bağlı bunları dilə gətirib: "Özümü çox yaxşı hiss edirəm. Sağalmağa doğru addımlar atıram. Bunu özüm
də hiss edirəm. Burada yaxşıyam deyib, qapıdan çıxanda başqa şeylər
olmasın. Özüm-özümə arzu edirəm ki, buradan çıxdıqdan sonra da
danışdıqlarımı sözlər yox, əməlimlə göstərə bilim".
Qeyd edək ki, Nizami Rəmzi 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən
dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında 49 yaşında həlak
olub. Ekspertizaya görə Nizami Rəmzi sükan arxasında içkili olub.