nigar

Nigar üzr istədi, 30 atasız qızı işlə təmin edəcəyinə söz verdi - VİDEO

Son günlər aparıcısı olduğu verilişin canlı yayımı zamanı "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm" deyərək cəmiyyətin qınaq obyektinə çevrilən Nigar Fərhad səsləndirdiyi fikirlərə görə, üzr istəyib.

Qlobal.net xəbər verir ki, o, bu barədə "Instagram" hesabında video paylaşıb. 
Nigar fikrinin tamamilə başqa olduğunu və yanlış anlaşıldığını qeyd edib:

"Buradan qızlarıma səslənirəm. Bilirəm ki, atasız qızların xətrinə dəymişəm. Bununla bağlı da hər gün açıqlama verirəm. Özüm atasızam və demək istədiyim də bu, deyildi. Atasız qızların alnından öpürəm və qəlbinizə dəymişəmsə, üzr istəyirəm". 

Aparıcı qeyd edib ki, atasızlıq ən kövrək hissləridir və daim atasız qızlara dəstək olmağa çalışır:

"Qəlbinizi qırmışamsa, 30 nəfər atasız qızı işlə təmin edəcəyəm. Onları bacardığım qədər professional pilləyə çatdıracağam. İstəyirəm 30 nəfər atasız qız mənimlə çalışsın".

Qeyd edək ki, Nigar Fərhadın efirdə işlətdiyi "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm" açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub. 

Bu gün isə Audiovizual Şura "Kanal S"in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib. Həmçinin, Nigar Fərhadın "Kanal S"də yayımlanan "Sözün bitdiyi an" verilişinin yayımı sabahdan dayandırılacaq. 

Açıqlama ilə bağlı daha ətraflı videonu təqdim edirik: 


(milli.az)

01.04.2025 23:10
show 549